Əsas məzmuna keç

Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır

Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır

Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bununla bağlı Milli Məclisin Müdafiə,...

Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bununla bağlı Milli Məclisin Müdafiə, və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə edilən “Xidməti və mülki silah haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, qanunun doqquzuncu maddəsinə xüsusi hissə əlavə olunur.

Həmin hissədə qeyd edilib ki, mülki silahı əldə etmək istəyən vətəndaş icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün vəsiqəsini təqdim etməlidir. Həmin sənədlərin İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, onlar vətəndaşdan tələb olunmur.

Qeyd edək ki, mülki silah - , ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…