Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 10-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihəsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Bildirilir ki, müvafiq icra hakimiyyəti orqanları prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanını üç gün müddətində məlumatlandırmalıdır.
Mövcud qanunvericiliyə görə, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.