Operativ Məlumat Mərkəzi

Azərbaycanda maliyyə axını artıb

1 dəq
Paylaş:
Azərbaycanda maliyyə axını artıb

Bu ilin II rübündə Azərbaycanda maliyyə axını 26,5 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, ötən rüb ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (27,9 %), topdan və pərakəndə ticarət (15,1%) və tikinti (11,7%) olub.

Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə dövlət idarəetməsi və müdafiə (1,6 milyard manat artım) və tikinti (722,8 milyon manat artım) olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər