Operativ Məlumat Mərkəzi

"Azərbaycanda fəaliyyət göstərən 4 kanalı bağlayardım"

1 dəq
Paylaş:
"Azərbaycanda fəaliyyət göstərən 4 kanalı bağlayardım"

“Azərbaycan mədəniyyətinə və musiqisinə, Allah rəhmət eləsin”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Əməkdar artist Teymur Əmrah “Qapqara” verilişində deyib.

“1930-1990-cı ilə qədər musiqimiz dünyaya meydan oxuyurdu. 1990-cı ildən bu günə qədər Azərbaycan musiqisinin ana xətti itdi. İttifaqlar və qurumlar mənə tabe olsa idi, mən musiqimizi düzəldərdim. Təkcə Azərbaycanın mədəniyyət naziri işləməklə mədəniyyətimizi xilas etmək mümkün deyil. Çünki propaqanda və reklam ən çox efirdən gedir. Televiziya Şurası mənim balansıma gəlməlidir. Azərbaycanda fəaliyyət göstərən 4 kanalı bağlayardım. Kiçik bir ölkəyə 4 kanal bəsdir. Problem müstəqil kanallardadır. Çünki toyxanadan gəlib Xalq artisti olanları özəl kanalların bədii şuralarına rəhbər təyin etdikdən sonra səviyyə aşağı düşüb”, - o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər