Əsas məzmuna keç

Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan XİN Başlıbel faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Xarici İşlər Nazirliyi faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paylaşımda deyilir:

“32 il əvvəl, 1993-cü il aprelin 18-də silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 dinc azərbaycanlı kənd işğal edildikdən sonra 18 gün ərzində sığınacaq axtardıqları dağ mağaralarında aşkar edilərək vəhşicəsinə qətlə yetirilib. 14 nəfər isə girov götürülüb.

Bu qətliam Ermənistanın azərbaycanlıları öz ata-baba yurdlarından qovmağa və iddialarını irəli sürməyə yönəlmiş uzunmüddətli etnik təmizləmə, terror və təcavüz siyasətinin tərkib hissəsi idi.

Biz Başlıbel qırğınının qurbanlarının xatirəsini ehtiramla yad və bir daha təsdiq edirik ki, insanlığa qarşı törədilən bu cür cinayətlər heç vaxt unudulmamalı və ya cavabsız qalmamalıdır”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…