Operativ Məlumat Mərkəzi

Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirir, MM iki ölkə arasında Anlaşma Memorandumunu təsdiqləyib

1 dəq
Paylaş:
Azərbaycan və Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirir, MM iki ölkə arasında Anlaşma Memorandumunu təsdiqləyib
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin...

Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu" 22 iyul 2025-ci il tarixində İstanbul şəhərində Azərbaycan Respublikasının müdafiə naziri və Türkiyə Respublikasının milli müdafiə naziri tərəfindən imzalanıb.

Sənəd layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər