Əsas məzmuna keç

Azərbaycan və Özbəkistan XİN rəhbərləri İsrail-İran qarşıdurmasını müzakirə edib

Azərbaycan və Özbəkistan XİN rəhbərləri İsrail-İran qarşıdurmasını müzakirə edib

21 iyun 2025-ci il tarixində Respublikasının naziri İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, nəqliyyat-kommunikasiyalar, humanitar və s. aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə olunub.

BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Regionda baş verən son inkişaflardan danışılıb, Yaxın Şərq bölgəsində artan gərginlik, xüsusilə İsrail-İran qarşıdurmasının narahatlıq doğurduğu diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…