Əsas məzmuna keç

Azərbaycan Ordusunun “Smerç” YARS bölməsinin döyüş atışlı taktiki təlimi keçirilib - VİDEO

Azərbaycan Ordusunun “Smerç” YARS bölməsinin döyüş atışlı taktiki təlimi keçirilib - VİDEO

təlimin planına əsasən, “Həyəcan” siqnalı ilə qaldırılan reaktiv artilleriya bölməsi daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonunda...

Cari ilin hazırlıq planına əsasən, Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli sistemli (YARS) bölməsinin atışlı keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin planına əsasən, “Həyəcan” siqnalı ilə qaldırılan reaktiv artilleriya bölməsi daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonunda yerləşib, döyüş texnikaları döyüş tətbiqinə hazırlanıb. “Smerç” YARS bölməsi start mövqeyinə çıxarılaraq atış tapşırıqlarını uğurla icra edib.

Keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi bölmələrin şəxsi heyətinin döyüş qabiliyyətini artırmaq və hərbi qulluqçuların bilik və bacarıqlarını müasir döyüşün tələblərinə uyğun təkmilləşdirməkdən ibarətdir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…