Əsas məzmuna keç

"Azərbaycan Konsaltinqlər Assosiasiyası" yaradılıb

"Azərbaycan Konsaltinqlər Assosiasiyası" yaradılıb

Azərbaycanda biznes mühitinin inkişafına xidmət edəcək yeni qurum - "Azərbaycan Konsaltinqlər Assosiasiyası" (AKA) İctimai Birliyi yaradılıb. "Operativ...

Azərbaycanda biznes mühitinin inkişafına xidmət edəcək yeni qurum - " Assosiasiyası" (AKA) İctimai Birliyi yaradılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, yeni assosiasiya təlim və xidmətləri sahəsində fəaliyyət şirkətlərin şəbəkələşməsində mühüm rol oynayacaq, üzvlərin fəaliyyətini əlaqələndirməklə müvafiq sahədə xidmətlərin təkmilləşdirilməsinə töhfə verəcək.

Assosiasiyanın fəaliyyətinin təşkil edilməsi ilə bağlı artıq İdarə Heyəti üzvlərinin ilk yığıncağı keçirilib. Yığıncaqda işin təşkil edilməsi qaydaları, nizamnamənin qəbul edilməsi, üzvlük şərtləri və prosedurları, göstəriləcək xidmətlər və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Assosiasiyanın əsas hədəfi ölkədə dövlət və özəl qurumlara təlim-məsləhət xidmətləri göstərən şirkətlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı kadr mübadiləsi imkanlarının genişləndirilməsi, üzvlərin rəqabət qabiliyyəti və xidmət keyfiyyətinin artırılmasına nail olmaqdır. Müasir biznes tendensiyaları nəzərə alınmaqla, AKA-nın yaradılması təşəbbüsü xidmət sektorunun inkişafına müsbət təsir göstərəcək.

Şəbəkələşmə, təlim və platforması kimi AKA konsaltinq xidmətləri göstərə

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…