Əsas məzmuna keç

Avstraliyada leysan daşqına səbəb olub

Avstraliyada leysan daşqına səbəb olub

bəzi qəsəbələr su altında qalıb. Kvinslend ştatının baş naziri Stiven Mayls xilasetmə əməliyyatlarına dəstək məqsədilə ölkənin müdafiə qüvvələrinə məxsus...

Avstraliyanın şimal-şərq hissəsində müşahidə olunan tropik siklonu daşqınlara səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bəzi qəsəbələr su altında qalıb.

Kvinslend ştatının baş naziri Stiven Mayls xilasetmə əməliyyatlarına dəstək məqsədilə ölkənin müdafiə qüvvələrinə məxsus iki helikopter daşqın bölgəsinə göndərildiyini bildirib.

Səlahiyyətli şəxslər gün ərzində təxminən 120 nəfərin təxliyə olunacağını açıqlayıb.

Ehtiyac yaranarsa daha çox sakinin təxliyə ediləcəyi qeyd olunub.

Hazırda daşqının fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.

Qeyd edək ki, ekspertlər Avstraliyada təbii fəlakətlərin sayındakı artımı ilə əlaqələndirirlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…