Operativ Məlumat Mərkəzi

Avstraliyada leysan daşqına səbəb olub

1 dəq
Paylaş:
Avstraliyada leysan daşqına səbəb olub
bəzi qəsəbələr su altında qalıb. Kvinslend ştatının baş naziri Stiven Mayls xilasetmə əməliyyatlarına dəstək məqsədilə ölkənin müdafiə qüvvələrinə məxsus...

Avstraliyanın şimal-şərq hissəsində müşahidə olunan Casper tropik siklonu daşqınlara səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bəzi qəsəbələr su altında qalıb.

Kvinslend ştatının baş naziri Stiven Mayls xilasetmə əməliyyatlarına dəstək məqsədilə ölkənin müdafiə qüvvələrinə məxsus iki helikopter daşqın bölgəsinə göndərildiyini bildirib.

Səlahiyyətli şəxslər gün ərzində təxminən 120 nəfərin təxliyə olunacağını açıqlayıb.

Ehtiyac yaranarsa daha çox sakinin təxliyə ediləcəyi qeyd olunub.

Hazırda daşqının fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.

Qeyd edək ki, ekspertlər Avstraliyada təbii fəlakətlərin sayındakı artımı iqlim dəyişikliyi ilə əlaqələndirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər