Əsas məzmuna keç

ATMİA : "Azərbaycanda 800-ə yaxın mədən istifadəsiz qalıb"

ATMİA : "Azərbaycanda 800-ə yaxın mədən istifadəsiz qalıb"

bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA ) Baş katibi Şahanə Sarı “Yerin təki haqqında” Qanun layihəsinin hazırlanması...

Azərbaycanda hazırda 800-ə yaxın mədən istifadəsiz qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA ) Şahanə Sarı “Yerin təki haqqında” Qanun layihəsinin hazırlanması çərçivəsində dinləmələrdə bildirib.

O qeyd edib ki, bu fakt həm də xeyli iş yerinin azalması deməkdir və həmin bölgələrdəki insanlar üçün problem yaradır: "ATMİA olaraq, bu məsələ ilə bağlı dağ-mədən sahəsində fəaliyyət göstərən sahibkarlardan alırıq. Təklif edirik ki, yeni qanunvericilik qüvvəyə minənədək, sözügedən yataqların istismara verilməsini təmin edilsin”.

İctimai dinləmələrdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin təmsilçisi qanun layihəsində sahibkarlar üçün bir sıra güzəştlərin nəzərdə tutulduğunu bildirib, lakin onlar ciddi qanun pozuntularına yol verən, vergidən, məsuliyyətdən yayınan sahibkarlara şamil edilməyəcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…