Əsas məzmuna keç

Qərbi Azərbaycan İcması İrəvanı qınadı

Qərbi Azərbaycan İcması İrəvanı qınadı

İcma İrəvanın sülh prosesini pozan mövqeyini tənqid edib. Bu addım Şərqi Zəngəzur və Qarabağdakı səfərlərə qarşı irredentist iddialara sərt cavabdır.

en ru

İcması Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və Şərqi Zəngəzura son səfərinə Ermənistanın kəskin reaksiya verməsini qətiyyətlə pisləyir və bunu ölkənin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik kimi qiymətləndirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İcmanın bəyanatında qeyd olunub.

Bildirilib ki, və Ermənistanın sülhə doğru yaxınlaşdığı bir vaxtda bu cür dağıdıcı addımlar sülh prosesinə zərbə vurur, qarşılıqlı etimadı zədələyir və revanşist qüvvələrin dəyirmanına su tökür:

"Qərbi Azərbaycan İcması Ermənistanın bu yanaşmasını Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi və irredentizmin yenidən alovlandırılmasına yönəlmiş hesab edir. Bu, eyni zamanda, Ermənistanın sülh və normallaşma prosesində səmimi olmadığını göstərir.

Erməni cəmiyyəti Azərbaycanın suveren əraziləri və tarixi mövzular ilə bağlı əsassız iddialar səsləndirmək əvəzinə, ilk növbədə, ərazisində Azərbaycan xalqının yaratdığı zəngin mədəni-tarixi irsin inkar və təhrif edilməsinə, eləcə də dağıdılmasına son qoyulmasına diqqət yetirməlidir. Bu, iki ölkə və cəmiyyət arasında davamlı sülhün bərqərar olmasına xidmət edən əməli addım olardı".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…