Əsas məzmuna keç

İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadi Şuranın növbəti iclası keçirilib

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə biznes mühiti, tikinti və sənaye sahəsindəki islahatlar müzakirə edilib. Natiq Əmirovun təqdimatında hansı yeniliklər var?

en ru

10 aprel tarixində Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “ və kommunal infrastruktura qoşulma” və “” sahələrində sahibkarların qaldırdığı aktual məsələlər və problemlər ətraflı müzakirə olunub.

Nazirlər Kabinetindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və İşçi Qrupun rəhbəri Əmirovun məruzəsi dinlənilib.

İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və dəvət olunanlar ədliyyə naziri Fərid Əhmədov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev, Fövqəladə Hallar Nazirinin müavini Cəbrayıl Xanlarov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədrinin birinci müavini Namiq Hümmətov çıxış ediblər.

Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…