Əsas məzmuna keç

Aşura günü şəhidlərimizin məzarları ziyarət edildi

Aşura günü şəhidlərimizin məzarları ziyarət edildi

Taleh Qaraşov, icra aparatının məsul şəxsləri və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri şəhid ailələrinin üzvləri ilə birgə Vətən övladlarının...

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Hicri-qəməri təqvimi ilə məhərrəm ayının Aşura gününü torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin şəhərin Şəhidlər Xiyabanı, Kiçik Bazar və Şilavar qəbiristanlığındakı məzarlarını edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Taleh Qaraşov, icra aparatının şəxsləri və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ailələrinin üzvləri ilə birgə Vətən övladlarının məzarlarını ziyarət edib, önünə tər çiçəklər düzüb, ruhlarına dualar oxuyublar.

İcra başçısı şəhid ailələri ilə söhbət edib və onların qayğıları ilə maraqlanıb. Rayonun digər yaşayış məntəqələrindəki şəhidlərin məzarları da icra hakimiyyəti aparatının məsul şəxslərinin iştirakı ilə ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…