Operativ Məlumat Mərkəzi

Çexiyanın yeni Baş naziri o oldu - YENİLƏNİB

2 dəq
Paylaş:
Çexiyanın yeni Baş naziri o oldu - YENİLƏNİB
bununla bağlı xarici KİV məlumat yayıb. "Mən sizi hökumətin başçısı təyin edirəm. Əminəm ki, siz bütün enerjinizi, biliyinizi və təcrübənizi Çexiyanın...

Çexiya prezidenti Petr Pavel məşhur ANO partiyasının lideri milyarder Andrey Babişi son parlament seçkilərindəki qələbəsindən sonra Baş nazir təyin edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Mən sizi hökumətin başçısı təyin edirəm. Əminəm ki, siz bütün enerjinizi, biliyinizi və təcrübənizi Çexiyanın rifahına həsr edəcəksiniz", - Çexiya Prezidenti deyib.

Mərasim zamanı prezident Pavel Babişi hazırkı təhlükəsizlik şəraitində Aİ və NATO ilə möhkəm əlaqələr saxlamağa çağırıb.

Babişin sözlərinə görə, o, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Çexiyanın maraqlarını müdafiə etmək, həmçinin dekabrın 18-19-da keçiriləcək Aİ liderlərinin sammitində iştirak etmək üçün Nazirlər Kabinetini formalaşdırmaq niyyətindədir.

Babişin gələn həftə kabinetin tam tərkibi formalaşdıqdan sonra vəzifəsinin icrasına başlayacağı gözlənilir.

***

Çex Respublikasında yeni Baş nazir təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters“ə istinadən xəbər verir ki, Çex Respublikasının Prezidenti Petr Pavel ANO partiyasının lideri, milyarder Andrey Babişi Baş nazir təyin edib.

Qeyd edək ki, ANO partiyası Çexiyada 3-4 oktyabr tarixlərində keçirilən parlament seçkilərində qalib gəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər