Əsas məzmuna keç

Almaniyada on minlərlə insan sağçı qüvvələrə qarşı etiraz aksiyası keçirib

Almaniyada on minlərlə insan sağçı qüvvələrə qarşı etiraz aksiyası keçirib

bu etiraz aksiyalarından biri Frankfurt-Maynda baş tutub. Yerli polisin məlumatına görə, 35 minə yaxın insan şəhərin küçələrinə çıxıb. Mitinq...

Almaniyanın müxtəlif şəhərlərində sağçı qüvvələrə və “ üçün ” partiyasına qarşı keçirilən nümayişlərdə on minlərlə insan iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Almaniya mətbuatına istinadən xəbər verir ki, bu aksiyalarından biri Frankfurt-Maynda baş tutub.

Yerli polisin məlumatına görə, 35 minə yaxın insan şəhərin küçələrinə çıxıb. “Demokratiyanı et” şüarı altında keçirilib.

Hannoverdə də on minlərlə insan sağçılara qarşı nümayiş keçirib. Fəallar əllərində “Faşizm alternativ deyil” sözləri yazılmış plakatlar qaldırıblar. Mitinqdə Aşağı Saksoniyanın baş naziri Stefan Vayl və Almaniyanın keçmiş prezidenti Kristian Vulf çıxış ediblər. S.Vayl toplaşanları sağçılara qarşı açıq mövqe tutmağa, insan hüquqları və demokratiyanı müdafiə etməyə çağırıb.

Oxşar etirazlar Erfurt, Frayburq və Koblenzdə də keçirilib.

Yanvarın 21-də Berlində sağçı qüvvələrə qarşı geniş mitinq də planlaşdırılır.

Qeyd edək ki, son günlər “Almaniya üçün Alternativ” partiyasının qadağan edilməsi məsələsi Bundestaqda gündəmə gəlib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…