Almaniya kansleri Olaf Şolz İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniya Nazirlər Şurasının mətbuat katibinin müavini Volfqanq Büxner bildirib.
Telefon danışığı zamanı Almaniya kansleri Olaf Şolz İran prezidenti Məsud Pezeşkianı Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün hər şeyi etməyə çağırıb.
Kansler İsrail və Qəzza zolağı arasında atəşkəs razılaşmasının, həmçinin Fələstinin HƏMAS hərəkatı tərəfindən girov götürülənlərin azad edilməsinin vacibliyini vurğulayıb. Şolzun sözlərinə görə, bu, regionda gərginliyin azaldılmasına mühüm töhfə olacaq.