Əsas məzmuna keç

Azərbaycan və Albaniya prezidentlərinin təkbətək görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Albaniya prezidentlərinin təkbətək görüşü keçirilib - YENİLƏNİB

bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 11:33*** Azərbaycan Respublikasına rəsmi səfərə gələn Albaniya Respublikasının Prezidenti Bayram...

İyulun 7-də Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşü keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

11:33***

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Albaniya Respublikasının Prezidenti Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verib.

Bayram Beqay Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Albaniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Albaniya Prezidenti Bayram Beqayın qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…