Avropa Komissiyası (AK) Ukraynaya ümumi məbləği 45 milyard avroya bərabər olan və Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirlər hesabına təmin edilən ERA (Fövqəladə Gəlirlərin Sürətləndirilməsi) kredit xətti çərçivəsində təxminən 6 milyard avro ayrıldığını elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu AK prezidenti fon der Leyen Ursula bildirib.
O, etiraf edib ki, Avropa Komissiyasının bu hərəkətlərinin əsas məqsədi Moskvanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsinə görə xərcləri artırmaqdır.
AK rəhbəri əlavə edib ki, tranşa Ukrayna Fondundan vəsait də daxildir.