Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı döyüşən Ukraynaya hərbi yardım üçün istifadə edilən fondun 5 milyard avro artırılacağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Yardım Fondu Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını hərbi texnika və təlim vasitəsilə ödəməyi hədəfləyir.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, qəbul edilən qərarın Aİ-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini göstərdiyini ifadə edərək, “Bu fondla Ukrayna üçün lazım olan hər cür dəstəyi verməyə davam edəcəyik",- deyə qeyd edib.
Qərardan sonra Avropa Sülh Fondunun 2021-2027-ci illər üçün yuxarı maliyyə həddi 17 milyard avronu keçib.
Aİ Şurası Ukraynaya hərbi yardım fonduna 5 milyard avro yardımı təsdiqləyib
1 dəq
Oxşar xəbərlər
Daxili Siyasət
Bir çox yerlərdə məcburi köçürmələr olacaq - AÇIQLANDI
Müsahibə
“Bu, ədalətsiz və qəbuledilməz qərardır” – deputatdan AZAL işi üzrə Rusiyaya sərt REAKSİYA
Müsahibə
“Su anbarlarının bərpası və yeni layihələr ölkənin su təhlükəsizliyini keyfiyyətcə yeni səviyyəyə yüksəldib”
Müsahibə