ABŞ Ukraynaya yardımını kəsib, Kiyevə isə hazırda yardım əsasən Avropa ölkələrindən gəlir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski “Sol sahil” nəşrinə açıqlamasında belə deyib.
"ABŞ-dan gələn yardım azalıb. Əsl yardım isə Avropadakı tərəfdaşlarımızdan gəlir", - deyə o bildirib.
Sırskinin fikrincə, ABŞ-dan gələn yardım tamamilə kəsilərsə, Ukrayna “öz gücünə arxalanmalı” olacaq.