Əsas məzmuna keç

ABŞ Şərqi Avropa ölkələrinə miqrantların deportasiyasını müzakirə edir

ABŞ Şərqi Avropa ölkələrinə miqrantların deportasiyasını müzakirə edir

bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb. Məlumata görə, Vaşinqton həmçinin dörd Afrika ölkəsi - Benin, Ruanda, Liviya və Esvatini, eləcə...

ABŞ prezidenti Trampın administrasiyası qeyri-rəsmi vasitəsilə Avropa ölkələrinə, o cümlədən Moldova və Kosovoya ABŞ-dən deportasiya edilən qeyri-qanuni miqrantları qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Məlumata görə, Vaşinqton həmçinin dörd Afrika ölkəsi - Benin, Ruanda, Liviya və Esvatini, eləcə də Monqolustanla qeyri-qanuni mühacirlərin ölkədən çıxarılması ilə bağlı danışıqlar aparır.

Ağ Ev iki Latın Amerikası ölkəsi - Honduras və Kosta-Rika ilə uzunmüddətli müqavilələr bağlamaq niyyətindədir.

Amerika administrasiyası bu ölkələrə miqrasiya böhranının həllində yardım müqabilində maliyyə dəstəyi və siyasi imtiyazlar təklif edir.

Ağ Ev artıq Panama ilə oxşar deportasiya modelini sınaqdan keçirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…