Operativ Məlumat Mərkəzi

"ABŞ regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir"

1 dəq
Paylaş:
"ABŞ regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir"
bu barədə Səfirliyin "X" platformasındakı paylaşımında bildirilib. Səfir Gəncədə Azərbaycan-Ermənistan münaqişə qurbanlarının xatirəsini ehtiramla yad...

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby Gəncəyə səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Səfirliyin "X" platformasındakı paylaşımında bildirilib.

Səfir Gəncədə Azərbaycan-Ermənistan münaqişə qurbanlarının xatirəsini ehtiramla yad edib.

"Səfir Azərbaycan və Ermənistan arasında münaqişə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib. Birləşmiş Ştatlar regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir", - paylaşımda qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər