Operativ Məlumat Mərkəzi

ABŞ müdafiə naziri Heqsetin “Signal” proqramını ofis kompüterinə endirdiyi iddia edilir

1 dəq
Paylaş:
ABŞ müdafiə naziri Heqsetin “Signal” proqramını ofis kompüterinə endirdiyi iddia edilir
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, məsələdən xəbəri olan üç nəfər Heqsetin Pentaqondakı ofisində “Signal” mesajlaşma proqramını...

ABŞ-nin müdafiə naziri Pit Heqsetin ofis kompüterinə “Signal” mesajlaşma proqramını yüklədiyi iddia edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, məsələdən xəbəri olan üç nəfər Heqsetin Pentaqondakı ofisində “Signal” mesajlaşma proqramını quraşdırdığını iddia edib.

Mənbələr bildiriblər ki, o, dövlət katibi və digər yüksək səviyyəli hökumət rəsmiləri ilə daha tez koordinasiyanın yollarını müzakirə etdikdən sonra proqramı quraşdırıb.

Heqseth və onun siyasi məsləhətçilər komandasının ABŞ qanunlarını pozub-pozmadığı isə hələlik aydın deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər