ABŞ prezidenti Donald Tramp Ağ Evdə olarkən Vaşinqton İran hökumətinin nüvə silahı hazırlamasına icazə verməyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals TASS-a açıqlamasında bildirib.
"Onların nüvə silahı ola bilməz. Prezident Trampın rəhbərliyi altında bunun baş verməməsi üçün əlimizdən gələni edəcəyik", - deyən siyasətçi ABŞ prezidentinin bu yaxınlarda İrana maksimum təzyiqlə bağlı fərman imzaladığını xatırladıb.