Əsas məzmuna keç

ABŞ-ın İraqdakı hərbi bazası raket hücumlarına məruz qalıb

ABŞ-ın İraqdakı hərbi bazası raket hücumlarına məruz qalıb

bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Məlumata görə, Amerikanın hərbi obyektində üç güclü partlayış səsi eşidilib. Hücumun nəticələri barədə...

ABŞ-ın İraqın Anbar əyalətində yerləşən Ayn əl-Əsəd hərbi bazası hücumlarına qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, Amerikanın hərbi obyektində üç güclü partlayış səsi eşidilib. Hücumun nəticələri barədə məlumat verilmir.

Bundan əvvəl "İraqın İslam müqaviməti" hərəkatına daxil olan şiə silahlı birləşmələri ABŞ-ın himayəsi altında olan Ərbil hava limanında koalisiyanın bazasına hücum üçün kamikaze dronlarından istifadə ediblər.

ABŞ Ordusunun Mərkəzi Komandanlığının verdiyi məlumata görə, hücum nəticəsində üç amerikalı əsgər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Mərkəzi Komandanlıq həmçinin dekabrın 26-da İraqda fəaliyyət göstərən “Kataib Hizbullah” qruplaşmasının bazalarına cavab zərbələri endirdiyini bildirib.

Rəsmi Bağdad amerikalıların hücumlarını pisləyib və bunları düşmənçilik hərəkəti kimi qiymətləndirib. İraqın Baş nazirinin hava zərbələri nəticəsində 1 nəfərin öldüyünü, daha 18 nəfərin yaralandığını qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…