Cənubi Koreyada müəllim 8 yaşlı şagirdi bıçaqlayaraq öldürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Daejon şəhərində ibtidai məktəbdə 8 yaşlı şagird və 40 yaşlı müəllim yaralanmış vəziyyətdə tapılıb.
Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan şagird həyatını itirib, müəllimin müalicəsi isə davam edir.
Hadisə ilə bağlı araşdırma başladan polis müəllimin şagirdini öldürdükdən sonra intihara cəhd etdiyini bildirib.
Polis qeyd ki, müəllim əvvəllər depressiyaya görə məzuniyyətə çıxıb və keçən ilin sonunda yenidən dərs deməyə başlayıb.