Əsas məzmuna keç

Zərdabda qanunsuz ov edən şəxslər saxlanılıb

Zərdabda qanunsuz ov edən şəxslər saxlanılıb

Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində icazə olmadan qanunsuz ov edən şəxs saxlanılıb.


Bu bardə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxsdən qanunsuz olaraq ovladığı ov quşları maddi sübut kimi götürülüb.


Bundan əlavə, şöbə əməkdaşları qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən nəzarət tədbirləri nəticəsində 4 rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlayıb.


Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…