Əsas məzmuna keç

Zərdabda qanunsuz ov edən şəxslər saxlanılıb

Zərdabda qanunsuz ov edən şəxslər saxlanılıb

Rayon Şöbəsinin əməkdaşlarının qanunsuz və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən şəxs saxlanılıb.


Bu bardə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxsdən qanunsuz olaraq ovladığı ov quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.


Bundan əlavə, əməkdaşları qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən nəzarət tədbirləri nəticəsində 4 rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlayıb.


Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…