Operativ Məlumat Mərkəzi

"Zelenski yalan danışır, ölkəmizi müharibəni bitirmək istəməməkdə ittiham etməyə çalışır"

2 dəq
Paylaş:
"Zelenski yalan danışır, ölkəmizi müharibəni bitirmək istəməməkdə ittiham etməyə çalışır"

" Prezidenti Volodimir Zelenski Ukraynada sülh danışıqlarını etməyə atır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Zelenski sülh danışıqlar prosesini sabotaj etməyə və münaqişənin gərginləşməsinə yönəlmiş addımlar atmağa davam edir. 21 avqustda o, xarici jurnalistlərə verdiyi açıqlamada Kiyevin hüquqi cəhətdən artıq geri qaytarıla bilməyəcək ərazilərin itirilməsini tanımaqdan imtina etdiyini bildirib və bu ərazilərin işğal olunduğu barədə öz sayıqlamalarını təkrarlayıb”, – deyə diplomat bildirib.

Zaxarovanın sözlərinə görə, Zelenski 2022-ci ildə keçirilmiş referendumun nəticələrinə əsasən Rusiyaya birləşmək istəyən regionların əhalisinin böyük əksəriyyətinin iradəsini heçə sayır.

“Sülh nizamlanması məsələsinə gəlincə, Zelenski yalan danışır, ölkəmizi müharibəni bitirmək istəməməkdə etməyə çalışır, rus dilinə rəsmi status verilməsi imkanını rədd edir, sülh əvəzinə NATO qüvvələrinin quruda, havada və dənizdə yerləşdirilməsi xəyalları qururdu. 24 avqust – Ukraynanın Müstəqillik Günü münasibətilə etdiyi video-müraciətində o, öz müharibə ritorikasını davam etdirib”, – deyə Zaxarova əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax