Operativ Məlumat Mərkəzi

Zabuxçay su anbarının tikintisi başa çatdırılıb

2 dəq
Paylaş:
Zabuxçay su anbarının tikintisi başa çatdırılıb

Türkiyənin “ İnşaat” Laçın rayonundakı su anbarının tikintisini başa çatdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, bunu şirkətin layihə meneceri Əkrəm Tütüncü bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı sahələrinin suya tələbatını ödəmək üçün nəzərdə tutulan su anbarıdır.

Menecer qeyd edib ki, Türkiyə şirkətləri müharibənin izlərini silmək və bölgənin Azərbaycanla iqtisadi inteqrasiyanı təmin etmək üçün həyata keçirilən layihələrə öz töhfələrini verir: “Bu çərçivədə "Cengiz İnşaat" Füzulidən Şuşaya iki avtomobil yolunun (biri Zəfər yoludur), eləcə də Zabuxçay su anbarının tikintisini həyata keçirib, ümumilikdə 3 strateji layihəyə verib. Azərbaycanda belə layihələr həyata keçirməyə və onun inkişafına töhfə verməyə davam edəcəyik”.

Xatırladaq ki, Zabuxçay su anbarının həcmi 27 milyon kubmetrdir. Anbardan çıxacaq magistral suvarma kanalının suburaxma qabiliyyəti saniyədə 6,2 kubmetr təşkil edəcək. Su anbarının tikintisi ilə Qubadlı və Zəngilan rayonlarında 12,1 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax