Operativ Məlumat Mərkəzi

Yunanıstanda parlament seçkiləri keçiriləcək

2 dəq
Paylaş:
Yunanıstanda parlament seçkiləri keçiriləcək

Yunanıstanda sabah seçkiləri keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə Yeni partiyasının qalib gələcəyi gözlənilir.

Lakin ekspertlərlərin sözlərinə görə, bu partiyanın səs çoxluğuna sahib olacağı ehtimalı çox azdır. Belə ki, ölkədə müşahidə olunan iqtisadi , bahalaşma Yeni Demokratiya Partiyasının nüfuzuna mənfi təsir edib. Rəy sorğusu bu partiyanın 36 faiz səs toplayacağını proqnozlaşdırır.

Partiyanın sədri Kiriakos Mitsotakis sonuncu təşviqat kampaniyasında çıxışında ölkənin əsas problemlərindən biri kimi qanunsuz mühacir axınları təhdidini göstərib. O, ölkə sərhədlərinə sərt qaydalarla nəzarət siyasətini davam etdirəcəklərini bildirib. Mitsotakisin əsas rəqibi Siriza partiyası və onun rəhbəri Aleksis Tsiprasdır. Siriza rəy sorğusu zamanı 29 faiz səs toplayıb.

Yunanıstanda 9.8 milyondan çox vətəndaş səsvermə hüququna malikdir. Səsvermə nəticəsində parlamentin 300 yerinə deputat seçiləcək. Ekspertlər qeyd edirlər ki, hakim partiya mütləq çoxluğa nail ola bilməsə sosial demokrat “PASOK” partiyası ilə koalisiya qura bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax