Operativ Məlumat Mərkəzi

Yeni Zelandiya Fələstin dövlətini tanıya bilər

2 dəq
Paylaş:
Yeni Zelandiya Fələstin dövlətini tanıya bilər

Yeni Zelandiya Fələstin dövlətinin tanınması imkanını nəzərdən keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Al Arabiya”ya istinadən xəbər verir ki, bunu ölkənin naziri Piters deyib.

" Lyuksonun kabineti sentyabrda rəsmi qərar qəbul edəcək və BMT Liderlər Həftəsində hökumətin mövqeyini təqdim edəcək" - o bildirib.

Piters qeyd edib ki, ölkənin bəzi yaxın tərəfdaşları Fələstin dövlətini tanımaq qərarına gəlsələr də, Vellinqton müstəqil xarici siyasət həyata keçirir.

"Biz bu məsələni diqqətlə ölçüb-biçdikdən sonra Yeni Zelandiyanın prinsipləri, dəyərləri və milli maraqlarına uyğun hərəkət etmək niyyətindəyik", - nazir vurğulayıb.

Son həftələrdə bir sıra , o cümlədən Avstraliya, Böyük Britaniya və Kanada BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək iclasında Fələstin dövlətini tanımaq niyyətində olduğunu elan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax