Əsas məzmuna keç

Yeni tədris ilində yarım milyona yaxın şagird Bakıda məktəbə gedəcək

Yeni tədris ilində yarım milyona yaxın şagird Bakıda məktəbə gedəcək

Yeni ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 481 131 şagird təhsil alacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən təhsil müəssisəslərinə 34 995 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 23 000-ə yaxın beşyaşlının cəlb olunacağı gözlənilir.

2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 498 , məktəbəqədər təhsil müəssisəslərində isə 4 375 tərbiyəçi-müəllim çalışacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…