Əsas məzmuna keç

Yeni ədliyyə naziri kimdir? - DOSYE

Yeni ədliyyə naziri kimdir? - DOSYE

Yeni ədliyyə naziri Fərid Əhmədov kimdir? 1979-cu ildə doğulmuş nazirimizin tam dosyesi.

Yeni ədliyyə naziri təyin edilən Fərid 1979-cu ildə Bakı şəhərində anadan olub.

"Operativ Məlumat Mərkəzi-OMM" yeni nazirin dosyesini təqdim edir.

O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini, 2002-ci ildə üzrə magistr təhsilini bitirib. 2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.

2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə "Weidenfeld" təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

F. Əhmədov 2006-2007-ci illərdə Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2015-2017-ci illərdə "" Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

2021-ci ildən nazir Rəşad Nəbiyevin müşaviridir.

Rus və ingilis dillərini bilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…