Operativ Məlumat Mərkəzi

Yəməndə Ramazan tədbirində yaranan izdihamda 78 nəfər ölüb

1 dəq
Paylaş:
Yəməndə Ramazan tədbirində yaranan izdihamda 78 nəfər ölüb

Yəmənin paytaxtı Sənada xeyriyyə tədbirində atışma və stansiyasında partlayış baş verib. Bunun nəticəsində izdihamda 78 nəfər olub, 73 sakin yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, husi qiyamçılarının nəzarəti altında olan Sənada yardımı almaq üçün basabas salan insanları dağıtmaq üçün havaya atəş açılıb. Yaxınlıqdakı elektrik stansiyasına isə qumbara atılıb. Təşvişə düşən insanlar bir-birini əzib və böyük faciə baş verib. Husilər xeyriyyə tədbirinin keçirildiyi məktəb binasını mühasirəyə alıb və jurnalistlərin yaxınlaşmasının qarşısını alıblar.

Husi qiyamçılarının baş qərargahı bəyan edib ki, atış açan şəxslər axtarılır. Həlak olanların ailə üzvlərinə 2 min , yaralılara isə 400 dollar təzminat ödəniləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax