Operativ Məlumat Mərkəzi

Yəməndə husilərlə İŞİD silahlıları arasında ağır toqquşma olub

2 dəq
Paylaş:
Yəməndə husilərlə İŞİD silahlıları arasında ağır toqquşma olub

Üsyançı husilərin “Ənsar ” hərəkatının qüvvələri, Səna da daxil olmaqla, Yəməndə aktlar törətməyi planlaşdıran İŞİD silahlılarını zərərsizləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə husilərə məxsus “Saba” agentliyi təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri Sənanın cənubunda Əl-Beyda əyalətində keçirib, nəticədə İŞİD komandirləri zərərsizləşdirilib. Qruplaşma Yəmənin paytaxtı və bir neçə əyalətdə kamikadzelərin də iştirak edəcəyi bir sıra terror aktları törətməyə hazırlaşırmış.

Bundan əlavə, agentliyin mənbəsi ABŞ və Böyük Britaniya kəşfiyyatını radikal elementləri Əl Beyda əyalətinin rayonlarından birinə köçürməkdə günahlandırıb. Qeyd olunub ki, onlar orada cinayət fəaliyyəti ilə məşğul olublar, o cümlədən kənd sakinlərindən birini öldürüblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax