Əsas məzmuna keç

Yaponiya Fukusimadan radioaktiv su sızması ilə bağlı TEPCO elektrik stansiyasına xəbərdarlıq edib

Yaponiya Fukusimadan radioaktiv su sızması ilə bağlı TEPCO elektrik stansiyasına xəbərdarlıq edib

Yaponiyada Fukuşima Dai-i Stansiyasından tərkibində olan su sızması aşkar edildikdən sonra stansiya operatoru Tokyo Electric Power-a (TEPCO) xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bu barədə Yaponiyanın İqtisadiyyat Ticarət və Sənaye Naziri Saito Ken mövzu ilə əlaqədar mətbuata açıqlamalar verib. Saito bəyan edib ki, o, Fukusimadakı atom elektrik stansiyasını idarə edən TEPCO-nun prezidenti Kobayakava Tomoakiyə tullantı sularının axıdılması prosesinin təhlükəsizliyini təmin etmək üçün göstəriş verəcək.

Bu mövzuda tək bir səhvin belə xalqın inamının zədələnməsinə səbəb ola biləcəyini qeyd edən Saito, elektrik stansiyasından tərkibində radioaktiv maddə olan su sızması aşkar edildikdən sonra TEPCO-ya xəbərdarlıq edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…