Əsas məzmuna keç

Yardımlıda torpaq sürüşməsi olub, yolda hərəkət məhdudlaşıb

Yardımlıda torpaq sürüşməsi olub, yolda hərəkət məhdudlaşıb

hadisə Masallı-Yardımlı avtomobil yolunun 52-ci km-də baş verib. Yolun hərəkət zolağının 60 metrə yaxın hissəsi yararsız hala düşüb. Torpaq sürüşməsi...

Yardımlı rayonunda sürüşməsi olub və nəticədə yolda hərəkət məhdudlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Masallı-Yardımlı yolunun 52-ci km-də baş verib.

Yolun hərəkət zolağının 60 yaxın hissəsi yararsız hala düşüb. Torpaq sürüşməsi zamanı ərazidəki divarları ilə piyada səkiləri də tamamilə dağılıb.

Dağıntı səbəbindən ərazidən keçən qaz xətti zədələnib. Lakin görülən təcili tədbirlər nəticəsində qaz xəttində yaranan qəza aradan qaldırılıb.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, məsələ ilə bağlı adiyyatı üzrə müvafi dövlət qurmları məlumatlandırlıb.

Məlumata görə, torpaq sürüşməsinə son günlər rayon ərazisinə yağan intensiv yağıntılar səbəb olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…