Operativ Məlumat Mərkəzi

Yağıntılı hava yanvarın 30-dək davam edəcək - 29.01.2024

2 dəq
Paylaş:
Yağıntılı hava yanvarın 30-dək davam edəcək - 29.01.2024
Qərb rayonlarından başlayaraq ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə sulu qar, qar yağır. Bu barədə "Operativ Məlumat...

Qərb rayonlarından başlayaraq ölkə ərazisində yağıntılı müşahidə olunur, bəzi yerlərdə sulu qar, qar yağır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Yanvarın 27-si saat 21:00-a olan məlumatına əsasən, Gəncə, Şəmkir, Tovuz, Ceyrançöl, Goranboy, Gədəbəy, Göygöl, Daşkəsən, Kəlbəcər, Laçın, , , Zaqatala, Şəki, Qax, Zaqatala, Şahdağ, Xaltan, Quba, Biləsuvarda qar yağır.

Naftalan, Bərdə, Ağdam, Tərtər, Ağsu, İmişli, Kürdəmir, Yevlax, Sabirabad, Mingəçevir, Balakən, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Qobustan, Neftçala, Zərdab, Göyçay, Quba, Xaçmaz, Şabran, Bakı və yarımadasında isə yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 3 isti, Naxçıvan MR-da 2-9 dərəcə şaxta, dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxtadır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 30-u gündüzədək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax