Operativ Məlumat Mərkəzi

Xüsusi təyinatlılara taktiki-xüsusi təlim keçirilib

2 dəq
Paylaş:
Xüsusi təyinatlılara taktiki-xüsusi təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda əməliyyatlarının aparılması” mövzusunda növbəti -xüsusi keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda xizəkli texnikalarla taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər.

Döyüş qrupları şəklində düşmənin dayaq məntəqəsinə qəfil pusqu keçirilib, həmlə obyektində və onun cinahlarinda aşkar edilmiş canlı qüvvə məhv edilib, təminat yolları bağlanıb və dəstək üçün gələn digər qüvvələrin məhv edilməsi üzrə yerinə yetirilib.
Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, şəxsi heyətin xizək sürmə, eləcə də hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla icra olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax