Operativ Məlumat Mərkəzi

Xocavənddə partlayıcı qurğular aşkarlanıb

2 dəq
Paylaş:
Xocavənddə partlayıcı qurğular aşkarlanıb

Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra edilən minatəmizləmə əməliyyatları zamanı Xocavənd rayonunun Bulutan kəndi ərazisində tərk evlərində əldəqayırma( improvizə edilmiş) partlayıcı aşkalanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, bir yaşayış evinə birləşik təsərrüfat tikilisində odun qalağının arasında 1 ədəd PQ-7L raketinin döyüş başlığı, üzərinə qəlpə köynəyi qismində atıcı patronlarının yapışqan lent vasitəsilə bağlanması və əl qumbarası partladıcısının təzyiqdən boşalma prisipi ilə quraşdırılması ilə sürpriz partlayıcı qurğu tapılıb.

Eyni zamanda, bir evin qarşısında altına bağlamada F-1 modelli əl qumbaraları yerləşdirilmiş PMN-Э minası, bir məhlə arası keçiddəki çoxillik ağacın koğuşunda dəmir qutunun içərisinə kustar üsulla hazırlanmış, geniş radiusda qəlpələnmə yaradılması məqsədilə mismarlarla gücləndirilmiş, MUV tipli partladıcı ilə təchiz edilmiş, 3 ədəd birbirinə bağlı VOQ-17 silah qumbarasından ibarət əldəqayırma partlayıcı qurğu aşkar edilib. Əlavə olaraq bir həyətdəki təndirxananın girişinin üstündə plastik boruda gizlədilmiş MUV tipli partladıcı ilə quraşdırılmış RQ-42 əl qumbarası ilə POMZ-2M minasının birləşdirilməsindən hazırlanmış tələ qurğu, habelə kəndarası əsas yol yaxınlığındakı bir ot damında tələ məftilinin bir ucu götürülərkən minanı işə salması üçün dəmir yanacaq qabına bağlanmış halda, OZM-72 modelli tullanaraq havada qəlpələnən piyada əleyhinə mina aşkarlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax