Əsas məzmuna keç

XİN Moskvadakı terrorda ölənlər arasında Azərbaycan vətəndaşının olması barədə məlumata münasibət bildirib

XİN Moskvadakı terrorda ölənlər arasında Azərbaycan vətəndaşının olması barədə məlumata münasibət bildirib

Xarici İşlər Nazirliyi Moskvadakı “ Hall”da baş verən terror aktında Azərbaycan vətəndaşının ölməsinə dair məlumata bildirib.

Bu barədə qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə məlumat verilib.

Qeyd olunub ki, həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.

Xatırladaq ki, daha əvvəl bir nəfər sözügedən hadisə nəticəsində bir nəfər azərbaycanlının həlak olması barədə məlumat yayılmışdı.

Qeyd edək ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115 çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…