Əsas məzmuna keç

XİN: İraqdan 295 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib

XİN: İraqdan 295 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib

bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib. Bildirilib ki, il ərzində Azərbaycan ilə İraq,...

Prezidentinin tapşırığına uyğun olaraq son illər ərzində İraqdan 288 nəfəri uşaq və 7 nəfəri qadın olmaqla ümumilikdə 295 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.

Bildirilib ki, il ərzində Azərbaycan ilə İraq, , Türkiyə, Monteneqro, Qazaxıstan, , Lüksemburq, Rusiya, İran, Özbəkistan, Kolumbiya, Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Macarıstan, Tacikistan və Pakistan Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində haqqında Anlaşma Memorandumu, Albaniya, Mərakeş, və Qambiya ilə ikitərəfli müqavilələr imzalanıb. 2024-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”ə uyğun olaraq müvafiq fəaliyyət həyata keçirilib, 382 şəxs ölkəmizə readmissiya olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…