Operativ Məlumat Mərkəzi

XİN Ermənistana çağırış edib

3 dəq
Paylaş:
XİN Ermənistana çağırış edib

Biz bir daha tərəfini insan hüquqları və hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və işğal zamanı ərazisinə kütləvi şəkildə yerləşdirilən minalarla bağlı dəqiq məlumat verməyə çağırırıq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikir, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “X”dəki paylaşımında yer alıb.

Paylaşımda qeyd olunur ki, bu gün, Beynəlxalq Mina Maarifləndirilməsi və Minalardan Təmizlənməsinə Yardım Günündə qəbul edilən qətnamə dünya miqyasında milyonlarla mina qurbanının pozulmuş hüquqlarının tanınması və bərpası yolu ilə qlobal minalarla mübarizəyə tarixi yeni səviyyəyə çatmaq üçün yol açır.

Ermənistan tərəfindən ərazilərinin 3 onillikdə işğalı nəticəsində minalanmadan əziyyət çəkən ölkə kimi Azərbaycan mina qurbanlarının hüquqları ilə bağlı beynəlxalq insan hüquqları və humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etmək üçün milli və beynəlxalq səviyyədə səylərini davam etdirəcək: “Biz, həmçinin, qətnamənin dövlətlərə mina əleyhinə minaların bütün insan hüquqlarının qorunması və təşviqinə təsirini aradan qaldırmaq üçün, o cümlədən, minalardan təmizləmə səylərini sürətləndirmək yolu ilə effektiv etmə” çağırışının vacibliyini vurğulayırıq.

Bu çağırışın, eləcə də humanitar hüquq üzrə öhdəliklərin yerinə yetirilməsi dövlətlərdən, xüsusən də münaqişədən sonrakı vəziyyətlərdə mülki şəxslərin müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edən mina sahələrinin xəritələşdirilməsinə kömək etmək üçün dəqiq məlumat təqdim etməyi tələb edir.

Bununla əlaqədar, biz bir daha Ermənistan tərəfini beynəlxalq insan hüquqları və humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və işğal zamanı Azərbaycan ərazisinə kütləvi şəkildə yerləşdirilən minalarla bağlı dəqiq məlumat verməyə çağırırıq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax