Operativ Məlumat Mərkəzi

XİN beynəlxalq hüququ pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb olunmasına çağırıb

2 dəq
Paylaş:
XİN beynəlxalq hüququ pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb olunmasına çağırıb

“4 Aprel – Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki minaların törətdiyi təhlükəni bir daha qeyd edirik”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımında qeyd edilib.

Bildirilib ki, ərazilərinin uzunmüddətli işğalı dövründə həmin ərazilərdə basdırılan minaların partlaması nəticəsində 2020-ci ildən ötən müddətdə 388 nəfər Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb.

Eyni zamanda, Nazirlikdən həmin ərazilərdəki minaların mülki vətəndaşların həyatına təhlükə və insanların öz evlərinə təhlükəsiz qayıdışına maneə yaratmaqda davam etdiyini vurğulanıb.

XİN öz paylaşımında beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi fəaliyyətə dəstək verilməsinə və beynəlxalq pozan Ermənistanın məsuliyyətə cəlb olunmasına çağırıb.

O da qeyd edilib ki, Azərbaycan öz xalqının minasız, təhlükəsiz və gələcəyini təmin etməklə bağlı öhdəliyinə sadiq qalır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax