Operativ Məlumat Mərkəzi

XİN: 600 nəfərdən çox Azərbaycan vətəndaşı sərhəddən keçid üçün müraciət edib

2 dəq
Paylaş:
XİN: 600 nəfərdən çox Azərbaycan vətəndaşı sərhəddən keçid üçün müraciət edib

İsrail və İran arasında toqquşma ilə əlaqədar Respublikası Xarici İşlər Nazirliyinə, İran İslam Respublikasındakı Səfirliyimizə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuza daxil olan əsasında ölkəmizin vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin katibi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, İranı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində icazələrin alınması üçün tədbirlər görülür.

"Bu günə olan məlumata əsasən, 600 nəfərdən çox Azərbaycan vətəndaşı sərhəddən keçid üçün müraciət edib və onlardan 180 nəfər artıq Azərbaycan ərazisinə daxil olub. İndiyə qədər 77 ölkədən daxil olan müraciətlər müvafiq qaydada nəzərdən keçirilir və həmin ölkələrin vətəndaşlarının keçidinə şərait yaradılır.

Rusiyanın, Birləşmiş Krallığın, Kanadanın, İtaliyanın nazirləri, eləcə də müxtəlif səviyyələrdə bir çox ölkələr dəstəyə görə Azərbaycana dərin minnətdarlıqlarını bildiriblər", - XİN rəsmisi vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax