Operativ Məlumat Mərkəzi

Xəzərdə Azərbaycana qayıqla narkotik keçirilməsinin qarşısı alınıb, 3 İran vətəndaşı saxlanılıb - FOTO

2 dəq
Paylaş:
Xəzərdə Azərbaycana qayıqla narkotik keçirilməsinin qarşısı alınıb, 3 İran vətəndaşı saxlanılıb - FOTO

Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularını qanunsuz keçən şəxslər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Xidmətinin Mərkəzi məlumat yayıb.

Məlumata görə, Dövlət Sərhəd tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

May ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram nаrkоtik vasitə (23 kq 170 qram marixuana; 100 qram tiryək) aşkar olunaraq götürülüb.

Həyata keçirilmiş kompleks -axtarış tədbirləri nəticəsində İran İslan Respublikasına məxsus mühərriklə təchiz edilmiş “Yamaha-55” markalı “Layner” tipli qayıq 3 nəfər heyət üzvü ilə birlikdə Azərbaycan Respublikasının ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb.

Araşdırma zamanı sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları – 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman olduğu müəyyən edilib.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax