Əsas məzmuna keç

Xəzərdə köməksiz qalan 3 balıqçı xilas edilib

Xəzərdə köməksiz qalan 3 balıqçı xilas edilib

dənizində köməksiz qalan Respublikası vətəndaşları xilas edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Mühafizəsi Xəzər dənizində vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini uğurla davam etdirir. Dekabrın 10-da saat 17:30-da Sahil Mühafizəsinin Bakı sahil nəzarəti şöbəsinin Zirə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında 3 nəfər heyət üzvü olan balıqçı qayığının geri qayıtmadığı və köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçmişdir.

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində dekabrın 11-də saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan Respublikası vətəndaşları, Neftçala rayon sakinləri – 1990-ci il təvəllüdlü Səmədov Cəlal Məhərrəm oğlu, 1997-ci il təvəllüdlü Babayev Sənan Elçin oğlu və 1980-ci il təvəllüdlü Fətullayev Kənan Rafiq oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…